Sürücülərə və piyadalara "brilliant" veriləcək  - FOTO
Öyrənək 28 Aprel 2015 11:14 1079 dəfə oxunub
Sürücülərə və piyadalara "brilliant" veriləcək  - FOTO
Bakıda Yol Təhlükəsizliyi layihəsi

“Addım” Gənclər Təşkilatı Azərbaycanda növbəti dəfə sürücülərin və piyadaların yol təhlükəsizliyindən bəhs edən “ Road Safety Baku 2015” çərçivəsində “Biz sizə brilliant verəcəyik!” layihəsinə start verir. 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və Park Bulvar AVM-in dəstəyi ilə reallaşacaq. Layihə çərçivəsində təhlükəsizlik həftəsində sürücü və piyadalara məxsusi olaraq layihə üçün Norveçdə hazırlanmış işıq reflektorları paylanacaq. Müxtəlif aksessuarlar formasında hazırlanan reflektorlar “brilliant konsepsiya”sında dizayn olunub. Bundan başqa layihə çərçivəsində gənc modelyerlər arasında “Yol təhlükəsizliyi” mövzusunda müsabiqə keçirilib. Müsabiqənin qaliblərinin hazırladığı geyimlərdə layihənin reklam siması xalq artisti Brilliant Dadaşovanın iştirakı ilə maraqlı foto çəkimləri baş tutub.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Norveç Krallığının Azərbaycandakı rəsmi səfirliyi, ASAN Xidmət və AvtoFM-in dəstəyi ilə gerçəkləşən layihənin yekun tədbiri 5 May 19-00da Park Bulvar AVM-də keçiriləcək. Tədbirdə dövlət rəsmiləri, KİV nümayəndələri, gənclər və layihənin siması xalq artisti Brilliant Dadaşova və digər ulduzların iştirakı gözlənilir.

 

Fidan

ŞƏRH YAZ
Ad
E-mail
Şərh