Bakıda iki avtomobil toqquşdu: 4 yaralı

Qəzalar 21 Oktyabr 2019 09:25 Oxunub 1202
Bakıda iki avtomobil toqquşdu: 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır

Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi baş verib, xəsarət alanlar var. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəsində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Dadaşov Mikayıl Polad oğlu idarə etdiyi”VAZ 2106” markalı avtomobillə hərəkət edən zaman “BYD” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə “VAZ 2106”-nın sürücüsü M.Dadaşov, sərnişinlər - 1997-ci il təvəllüdlü Həsənov Tural Ağamirzə oğlu, 1997-ci il təvəllüdlü İsalı Fariz Seyidəli oğlu və 1992-ci il təvəllüdlü Həsənov Əli Məmməd oğlu müxtəlif bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh