Ermənistanda “Suzuki” 200 metrlik hündürlükdən dərəyə yuvarlandı: 3 ölü, 1 yaralı - FOTO

Avtosfer Foto 21 Oktyabr 2019 11:51 Oxunub 1402
Ermənistanda “Suzuki” 200 metrlik hündürlükdən dərəyə yuvarlandı: 3 ölü, 1 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Ermənistanın Şirak əyalətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün gecə saatlarında Yerevan-Gümri-Bavra magistralının 186-cı kilometrliyində, Pokaşen kəndi inzibati ərazisində qeydə alınıb.

Məlumata görə, Gümri istiqamətində hərəkətdə olan 36 NS 002 qeydiyyat nömrə nişanlı “Suzuki” markalı minik avtomobili, sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yoldan çıxıb və təxmini 200 metrlik hündürlükdən dərəyə yuvarlanıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Bildirilir ki, dəmir-beton sədlərinin, xüsusi işıqforların, işıqlandırma dirəklərinin və xəbərdarlqedici yol nişanlarının olmadığı bu ərazidə yol nəqliyyat-hadisələri tez-tez baş verir.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh