Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar

Gündəm 21 Oktyabr 2019 12:06 Oxunub 714
Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisəni törədən S.Ələkbərov saxlanılıb

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisidə baş verib. Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu taksi kimi fəaliyyət göstərdiyi "Opel" markalı şəxsi avtomobili ilə Xətai rayonu, Babək prospekti 10 saylı ünvanın qarşısında olarkən tanışı, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və Emil adlı şəxs ona hücum edib. Həmin şəxslər A.Bağırovu yumruqla vuraraq boynunda olan gümüş boyunbağını, 88 manat pulunu və "Samsung" markalı mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Ələkbərov saxlanılıb, Emil adlı şəxsin isə axtarışları davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh