"VAZ”dan qanunsuz papiroslar aşkarlanıb - FOTO

Gündəm 21 Oktyabr 2019 12:11 Oxunub 830
"VAZ”dan qanunsuz papiroslar aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-210740" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, baxış zamanı nəqliyyat vasitəsinin döşəməsində və ön sağ-sol qanadlarının altında gömrük nəzarətindən gizlədilən 6225 ədəd "Belomorkanal" markalı papiros aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh