Avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğulub - Ağdaşda

Qəzalar 21 Oktyabr 2019 12:18 Oxunub 889
Avtomobilin vurduğu velosipedçi su kanalına düşərək boğulub - Ağdaşda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə velosipedçi, Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov su kanalına düşüb. Nəticədə o boğularaq ölüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh