Sükan arxasında telefonla oynayan sürücü qəza şəraiti yaratdı - VİDEO

Avtosfer TV 21 Oktyabr 2019 16:23 Oxunub 1108
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin zolaqda hərəkət edən sürücünün hərəkət istiqamətini dəyişməyə məcbur edib
Manevr qaydasını kobud şəkildə pozan iki sürücü digər sürücüyə qəza vəziyyəti yaradıb.
Avtosfer.az xəbər verir ki, oktyabrın 17-də Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov küçəsində hərəkət edən 99-FT-433 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü, sükan arxasında telefonla məşğul olduğu üçün fikri yoldan yayınaraq sol zolaqdakı avtomobilə mane olub. O, bundan sonra piyada keçidində hərəkət etməyə başlayan piyadayada yol verməyib.
Sükan arxasında telefonla məşğul olmaq qadağasını bir çox sürücülər qeyri-ciddi qəbul edir. Lakin bu video ilə bir daha sübut olundu ki, telefon konkret olaraq sürücünün fikrini yoldan yayındırır.
 
Digər manevr qaydasını pozan 90-CB-208 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü oktyabrın 18-də Binəqədi şossesində (Banuçiçək şadlıq evinin qarşısında) sağ zolağa manevr edən zaman həmin zolaqda hərəkət edən sürücünün hərəkət istiqamətini dəyişməyə məcbur edib.
 
Görüntüləri sizə təqdim edirik.
 
Təbriz
ŞƏRH YAZ
Ad

E-mail

Şərh