Tramvay qırmızıdan keçən sərnişin avtobusunu aşırtdı: 10 nəfər xəsarət alıb - VİDEO

Avtosfer TV 21 Oktyabr 2019 15:00 Oxunub 984
Tramvay qırmızıdan keçən sərnişin avtobusunu aşırtdı: 10 nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Rusiyanın Sankt-Peterburq şəhərində tramvay və marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Desantnikov və Peterqofsk küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan tramvay, işıqforun qırmızı işığından keçən sərnişin avtobusuna çırpılıb. Zərbənin gücündən avtobus aşaraq sürüklənib.

Nəticədə 10 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh