“Polis mitinqdə çox səbirli davranırdı” - Millət vəkili

Gündəm 21 Oktyabr 2019 14:44 Oxunub 850
“Polis mitinqdə çox səbirli davranırdı” - Millət vəkili
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hüquq- mühafizə orqanları həqiqətən də adekvat davranıblar"

"YAP həmişə olduğu kimi ölkənin ictimai- siyasi həyatında aktiv rol oynayır. Azərbaycanda iqtidar xalq birliyi möhkəm dayaqlara söykənir. Bir müddət əvvəl "Sərbəst toplaşmaq haqqında" qanuna dəyişikliklər etmişik. Bu Avropa İnsan Haqları Konvensiyasında nəzərdə tutulan hallardır. Biz onu olduğu kimi götürmüşük. Məhdudiyyətlərin məqsədi insan hüquqlarının qorunması ilə bağlıdır". Bu sözləri deputat Əli Hüseynli Yeni Azərbaycan Partiyasında müxalifətin 19 oktyabr mitinqi ilə bağlı keçirilən toplantıda deyib. O qeyd edib ki, aksiyada da hüquq- mühafizə orqanları həqiqətən də ilk növbədə adekvat davranıblar:

"Azərbaycan polisi çox səbirlə, təmkinlə davranırdı. Bizim qanunvericiliyimizdə əcnəbilərin müdaxiləsinə, toplantıların təşkilatçısı olmasına icazə verilmir. Bir sıra qərb ölkələrinin səfirliklərinin qanunsuz müdaxiləsi ilə bağlı halları gördük. Bizim Xarici İşlər Nazirliyi də bununla bağlı hesab edirəm ki, xəbərdarlıq etməlidir. Sosial şəbəkələrdə aktivlik var idi. Onlar bu prosesə qatılmırdılar".

Deputat Səməd Seyidov çıxışında bildirib ki, şər qüvvələr Azərbaycanı yenə xaosa salmaq istəyirdilər: " XİN mövqeyini bildirib. Ancaq mən hesab edirəm ki, səfirliklərlə görüşülməlidir. Bu beynəlxalq təşkilatlara da öz müraciətimizi göndərməliyik. Qanunun aliliyindən danışan insanlar qanunun aliliyini pozan insanları müdafiə etməməlidir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh