Göyərtəsində xüsusi qonaqların da olduğu təyyarə təcili eniş edib

Gündəm 21 Oktyabr 2019 15:52 Oxunub 699
Göyərtəsində xüsusi qonaqların da olduğu təyyarə təcili eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Buna səbəb eniş zamanı şassi şinlərində hava təzyiqinin aşağı düşməsi olub

“Air France” aviaşirkətinə məxsus “Boeing 777” sərnişin təyyarəsi Tokionun Xaneda hava limanına təcili eniş edib. Avtosfer.az xəbər verir ki, buna səbəb eniş zamanı şassi şinlərində hava təzyiqinin aşağı düşməsi olub. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hava gəmisinin göyərtəsində 300-dən çox sərnişin, o cümlədən, oktyabrın 22-də keçiriləcək Yaponiya imperatoru Naruhitonun tacqoyma mərasimində iştirak etmək üçün gəlmiş yüksək vəzifəli qonaqlar da olub. Sərnişinlərdən xəsarət alan olmayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh