Nazirlik 5 milyon manatlıq minik avtomobili alır

Gündəm 21 Oktyabr 2019 15:57 Oxunub 600
Nazirlik 5 milyon manatlıq minik avtomobili alır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə 411 nəqliyyat vasitəsinə görə 4 999 764 manat ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Azərmaş” MMC-dən 391 ədəd “Khazar LX” markalı minik avtomobili alacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, nazirlik buna görə 4 771 764 manat ödəniş edəcək. Bundan başqa, qurum “Naxçıvan Avtomobil Zavodu” MMC-dən 20 ədəd “NAZ Lifan” markalı minik avtomovil alacaq. Bu maşınlar isə nazirliyə 228 000 manata başa gələcək.

Ümumilikdə 411 nəqliyyat vasitəsinə görə 4 999 764 manat ödəniləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh