Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb

Gündəm 21 Oktyabr 2019 19:55 Oxunub 661
Sumqayıtda yol tikintisinə 3.5 milyon manat ayrılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb

Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Avtosfer.az-ın xəbərinə görə, sərəncamla Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh