ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib

Gündəm 21 Oktyabr 2019 20:56 Oxunub 850
ABŞ-a məxsus sərnişin təyyarəsi təcili eniş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuş heyətinin iki üzvü və sərnişinlərdən biri huşunu itirib və onlar xəstəxanaya aparılıb

“American Airlines”ə məxsus London – Filadelfiya uçuşunu həyata keçirən “Airbus A330” təyyarəsi salonda kimyəvi maddə sızıntısı səbəbindən Dublin beynəlxalq hava limanına təcili eniş etməli olub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Təmizləyici maddə olduğu ehtimal edilən maddənin sızıntısı salondakı bəzi sərnişinlərin halının pisləşməsinə səbəb olub.

Uçuş heyətinin iki üzvü və sərnişinlərdən biri huşunu itirib və onlar xəstəxanaya aparılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh