İki yük maşını iştirakı ilə ağır yol qəzası: 1 ölü, 6 yaralı - FOTO

Avtosfer Foto 21 Oktyabr 2019 22:05 Oxunub 1385
İki yük maşını iştirakı ilə ağır yol qəzası: 1 ölü, 6 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Qaziantep vilayətində iki yük maşınının iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident bu gün Nurdağ – Qaziantep magistralının 4-cü kilometrliyində qeydə alınıb.

Məlumata görə, Kamal Cavlakın (58) idarə etməsində olan 34 BZD 036 qeydiyyat nömrə nişanlı yük maşını, K.S.-nin (62) idarə etdiyi 06 BP 1406 qeydiyyat nömrə nişanlı yük avtomobilini arxadan vurub. Zərbənin gücündən 34 BZD 036 qeydiyyat nişanlı yük maşını aşaraq metrlərlə sürüklənib.

Nəticədə hər iki nəqliyyat vasitəsində olan 7 nəfər ambulanslarla ərazidə yerləşən xəstəxanalara çatdırılıblar. Onlardan ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən Kamal Cavlak həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh