Bir ailə qəzaya düşdü: ən kiçiyi bu il doğulub

Qəzalar 22 Oktyabr 2019 00:17 Oxunub 916
Bir ailə qəzaya düşdü: ən kiçiyi bu il doğulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, hadisə Yevlax-Bəhrəmtəpə yolunun rayonun Bəciravan kəndi ərazisində qeydə alınıb.

Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir ailənin üzvləri xəsarət alıblar. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və sərnişinləri, Füzuli rayon sakinləri - 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-cü il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh