Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü

Gündəm 22 Oktyabr 2019 00:20 Oxunub 783
Masazır su anbarında faciə - Elektrik cərəyanı montyoru vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi açılıb

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Avtosfer.Az Trend-ə istinadən bildirir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh