Etirazlar zamanı hərbi yük maşını 22 yaşlı oğlanı vurub öldürdü

Gündəm 22 Oktyabr 2019 08:11 Oxunub 710
Etirazlar zamanı hərbi yük maşını 22 yaşlı oğlanı vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü əyləcə vaxtında basmayıb

Çilidə keçirilən etirazlar zamanı hərbi yük maşının nümayişçilərin üzərinə hərəkət etməsi nəticəsində 1 nəfər ölüb. Avtosfer.az xəbər verir ki, insident Talıkauano şəhərində baş verib. Bu barədə “BioBioChile” radiostansiyası məlumat yayıb.

Bildirilir ki, hərbçilər əraziyə oğurluq barədə məlumat aldıqdan sonra gəliblər. Hərbçilər deyilən ünvana gəldikdən sonra bir neçə nəfər gizlənməyə çalışıb və yük maşını onları qovalayan zaman sürücü əyləcə vaxtında sıxmayaraq qaçanlardan 22 yaşlarında olan bir oğlanı vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, Çilidə etirazlar oktyabrın 6-da hökumətin metroda gediş haqqının 30 peso (0.042 dollar) qaldırılmasına qərar verdikdən sonra başlayıb.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh