"Monella" sərnişindaşıma şirkəti 20 min manat cərimələnib

Gündəm 22 Oktyabr 2019 10:52 Oxunub 659
"Monella" sərnişindaşıma şirkəti 20 min manat cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Monella" MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir

Dövlət Əmək Müfəttişliyi Xidməti "Monella" MMC barədə inzibati protokol tərtib edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb. Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, "Monella" MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh