Bakı-Quba yolunda "Jiquli" "Qazel"ə çırpıldı: 3 nəfər xəsarət aldı - VİDEO

Qəzalar 22 Oktyabr 2019 11:05 Oxunub 901
Bakı-Quba yolunda "Jiquli" "Qazel"ə çırpıldı: 3 nəfər xəsarət aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılar xəstəxanaya çatdırılıb

Gecə saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qəza Xızı rayonu, Yaşma kəndi ərazisində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 50-CC-997 dövlət qeydiyyat nişanlı "Juquli" markalı avtomobil, eyni istiqamətdə olan yük maşını toqquşub. "Qazel"in sürücüsü Füzuli sakini Rzayev Elbəy Əhməd oğlunun bildirdiyinə görə, o, normal sürətlə hərəkətdə olarkən minik avtomobili ona arxadan çırpılıb. Toqquşma nəticəsində "Jiquli" yol kənarına düşüb, avtomobildə olan iki kişi və bir qadın müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıblar.

Avtomobildə olan qadın, Şirvan şəhər sakini 1982-ci il təvəllüdlü Salamova Sənubər Əbdülzar qızı qapalı kəllə-beyin travması, döş qəfəsi və qarnın küt travması diaqnozu ilə reanimasiyaya yerləşdirilib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh