Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə götürülüb

Gündəm 22 Oktyabr 2019 12:19 Oxunub 597
Bakıda üç nəfərdən külli miqdarda narkotik vasitə götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç faktla bağlı araşdırmalar aparılır

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri keçiriblər. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində üç nəfər saxlanılıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü A.Aydınovdan 437 qram heroin, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən 1986-cı il təvəllüdlü E.Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobilindən 2 kq 193 qram metamfetamin aşkar edilərək götürülüb.

Bundan başqa, Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1986-c il təvəllüdlü C.Cəfərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1,5 kq heroin aşkar edilərək götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh