Biləsuvar sakini həmyerlisinin avtomobilini qaçırıb

Gündəm 22 Oktyabr 2019 12:41 Oxunub 605
Biləsuvar sakini həmyerlisinin avtomobilini qaçırıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Biləsuvar rayonunda avtomobil qaçırılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Biləsuvar Rayon Polis Şöbəsinə müraciət edən Muğankənd kənd sakini A.Cəfərov oktyabrın 21-də şəhər ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar şəhər sakini T.Rüstəmov avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh