776-nın cəsur “Komando”su - Şəhid Mehman Bədəl oğlu Məsimov (Film)

Avtosfer TV 22 Oktyabr 2019 18:49 Oxunub 2261
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mübarizim" Production şəhid haqqında film hazırlayıb

Şəhid leytenant Mehman Bədəl oğlu Məsimov 15 iyun 1963-cü ildə Amasiya rayonunun Daşkörpü kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra o, 1980-cı ildə M. Əzizbəyov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Neft-Kimya institutunun avtomatika və telemexanika fakültəsinə qəbul olunub. 
O, 1987-ci ildə Sovet Ordusuna çağırılıb. 1988-ci ildə Ermənistanda yaşayan soydaşlarımız erməni millətçilərinin təcavüzünə məruz qalanda şəhidin ailəsi Azərbaycana köçüb. Əvvəlcə Sumqayıt şəhərində, sonradan isə Güzdək qəsəbəsində məskunlaşıb. Mehman, hərbi xidmətini başa vuranda artıq böyüdüyü kənd tamam boşalmışdı. Buna görə də o, valideynlərinin təzəcə məskən salmış Güzdək qəsəbəsinə gəlib. 
1992-ci ildə Leytenant Məsimov Azərbaycan torpaqlarının işğalına biganə qala bilmir, ordu sıralarına yazılır və hərbi xidmətini 776 saylı hərbi hissədə başlayır. 1993-cü ildə Türkiyədə “Komando” kurslarında 6 ay iştirak edir, “Komando” adını təsdiq edən göy biretə yiyələnir.
Bakıya qayıdan Mehman, yenidən xidmət etdiyi hərbi hissəyə geri dönür. Hərbi hissənin rota komandiri vəzifəsində çalışan Mehman öz qəhrəmanlığı, qorxmazlığı və şücaətliyi ilə silahdaşları yanında hörmət qazanır. 1994-cü ilin yanvarında Ağdərə-Tərtər istiqamətində gedən ağır döyüşlər zamanı rotası ilə dəfələrlə düşmənin mövqelərinə nüfuz edərək və çox dəyərli kəşfiyyat məlumarları ilə geri qayıdır.
24 aprel 1994-cü ildə Ağdərə-Tərtər uğrunda gedən döyüşlərdə azğınlaşmış düşmən gülləsi gənc leytenant Mehman Məsimovun həyatına, eləcə də arzularına son qoyur. Mehman, şəhidlik zirvəsinə ucalır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh