PPX-nin iki əməkdaşı ağır yol qəzasında həlak oldular - FOTO

Qəzalar 22 Oktyabr 2019 13:38 Oxunub 896
PPX-nin iki əməkdaşı ağır yol qəzasında həlak oldular - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rusiyanın Volqoqrad əyalətində minik avtomobili və tramvayın iştirakı ilə baş verən yol qəzasında iki polis ölüb. Avtosfer.az xəbər verir ki, bu barədə oktyabrın 22-də yerli DİN-nin əyalət üzrə mətbuat xidməti məlumat yayıb. Məlumata görə, çərşənbə axşamı gecə saatlarında Post Patrul Xidmətinin iki əməkdaşı xidmətdən evə qayıdarkən, olduqları “ВАЗ-2112” markalı şəxsi avtomobillə Çerepoveçkoy küçəsində, 71 yaşlı qadının idarə etdiyi təmir tramvayı ilə toqquşub. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Nəticədə polis əməkdaşları aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər.

Bildirilir ki, onlardan birinin 22, digərinin isə 24 yaşı olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh