Nəqliyyat vasitələrinin texniki baxış rüsumu 20 manatdan 30 manata qaldırıldı

Avtoxəbər 22 Oktyabr 2019 14:51 Oxunub 1361
Nəqliyyat vasitələrinin texniki baxış rüsumu 20 manatdan 30 manata qaldırıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyişiklik müzakirələrdən sonra oxunuşda qəbul edilib

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır. Avtosfer.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 20 manatdan 30 manata qaldırılır.

Qanun qəbul ediləcəyi halda, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Dəyişiklik müzakirələrdən sonra oxunuşda qəbul edilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh