Yaşlı sürücü bazarda insanlara dəhşət yaşatdı: 2-si ağır, 8 yaralı - VİDEO

Avtosfer TV 23 Oktyabr 2019 06:43 Oxunub 1354
Yaşlı sürücü bazarda insanlara dəhşət yaşatdı: 2-si ağır, 8 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zərərçəkmişlər 85 yaşlı sürücüdən şikayətçi olmadıqları üçün sonradan polis onu sərbəst buraxıb

İstanbulun Kadıköy rayonunda minik avtomobilin insanların üzərinə sürülməsi nəticəsində 2-si ağır olmaqla 8 nəfər xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident ötən şənbə günü baş verib.

Məlumata görə, hərəkətdə olan minik avtomobilini idarə edən 85 yaşlı sürücü səhvən əyləc yerinə qaza sıxıb. Bundan sonra idarəetmədən çıxan maşın sürətlə bazar ərazisində olan vətəndaşların üzərinə hərəkət edib. Avtomobil qarşısına çıxan insanları vuraraq sağa-sola atıb, bəzilərinin də üzərindən keçib. Ayrıca vurduğu bazar dəzgahlarını da yerlə bir edən avtomobil, orada park edilmiş bir yük maşınına çırpılaraq dayanıb.

Ətrafdakı vətəndaşların çağırışı ilə hadisə yerinə səhiyyə və polis briqadaları gəlib.

Qəzada yaralanan 8 nəfər ambulansların köməkliyi ilə xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.

Zərərçəkmişlər 85 yaşlı sürücüdən şikayətçi olmadıqları üçün sonradan polis onu sərbəst buraxıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh