Elmir Vəlizadə: “Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib”

Gündəm 22 Oktyabr 2019 16:51 Oxunub 777
Elmir Vəlizadə: “Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük regional nailiyyət var

“Azərbaycanda nəqliyyat sektoru əsas prioritet elan olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Tbilisi İpək Yolu Forumunun “Avropaya qoşulmaq” mövzusunda keçirilən paneldə çıxışında bildirib.

Onun sözlərinə görə, nəqliyyat sahəsi dövlətin inkişafı üçün yüksək prioritetə məxsusdur: “Son 15 ildə Azərbaycanda nəqliyyatın bütün sahələri inkişaf etdirilib. Ölkədə yüksək standartlara cavab verən yollar inşa edilir. Azərbaycanı Gürcüstanla əlaqələndirən belə yol artıq var. İranla yolların inkişafı istiqamətində işlər aparılır. Hazırda Rusiya istiqamətində bu cür yeni yol inşa edilir”.

Nazir müavini Azərbaycanda dəmir yolu, dəniz və hava nəqliyyatı sahəsinin inkişafında əldə olunan nailiyyətlərə də toxunub.

E.Vəlizadə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin böyük regional nailiyyət olduğunu qeyd edib.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh