İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər

Maraqlı 22 Oktyabr 2019 17:15 Oxunub 1625
İlk türk astronavt 2023-cü ilə qədər kosmosa uça bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türk kosmonavtı hazırlamaq və uçuşu həyata keçirmək üçün kifayət qədər vaxt var

Rusiyanın köməyi ilə ilk türk astronavtı 2023-cü ilə qədər kosmosa uça bilər.

Bu barədə “RİA Novosti”yə “Glavkosmos” şirkətinin baş direktoru Dmitri Loskutov məlumat verib.

“Biz türkiyəli həmkarlarımızın edilən təklifə reaksiyasını gözləyirik”, - deyə D.Loskutov Vaşinqtonda Beynəlxalq Astronavtika Konqresinin iclasında bildirib.

O xatırladıb ki, 2023-cü ildə Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100 illiyi qeyd olunur, buna görə buraxılış bu tarixə təsadüf edə bilər:

“Prinsipcə, türk kosmonavtı hazırlamaq və uçuşu həyata keçirmək üçün kifayət qədər vaxt var”.

2005-ci ildə Türkiyə Milli Kosmik Tədqiqatlar Proqramını qəbul edib. Proqrama görə, 2010-cu ildə türk astronavtların təlimi, 2014-cü ildə isə türk gəmisinin işə salınması işlərinə başlanması planlaşdırılıb.

Lakin planlar reallaşdırılmadı. 2018-ci ilin dekabr ayında Türkiyədə Milli Kosmik Agentliyi yaradıldı. “Roskosmos”un rəhbəri Dmitri Rogozin türk astronavtının kosmosa 2020-2021-ci illərdə uça biləcəyini söyləyib.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh