Cərimələnən avtobus sürücüsü sərnişinləri düşürüb xətdən çıxdı - VİDEO

Gündəm 22 Oktyabr 2019 19:42 Oxunub 867
Cərimələnən avtobus sürücüsü sərnişinləri düşürüb xətdən çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma-durma qaydalarının pozulduğu üçün

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi təqdirdə xəttə çıxmayacağını bildirib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Nəsimi rayonu, 1-ci mikrorayon ərazisində baş verib. Belə ki, BNA əməkdaşları dayanacaqda sərnişin düşürən 199 nömrəli marşrut xətt avtobusunun şəklini çəkərək dayanma-durma qaydalarının pozulduğu üçün avtobusun sürücüsünə protokol tərtib ediblər. Bu zaman avtobusun sürücüsü ilə BNA əməkdaşları arasında mübahisə yaranıb. Sürücü bildirib ki, sərnişin düşürdüyü üçün dayanıb və dayanacaqdan kənar olmadığı üçün bu, qayda pozuntusu sayıla bilməz.

Daha sonra avtobusun sürücüsü cərimənin silinmədiyi təqdirdə yoluna davam etməyəcəyini və sərnişinləri avtobusdan düşürəcəyini deyib. Bu səbəbdən də avtobusda olan sərnişinləri düşürərək xəttə çıxmaqdan imtina edib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh