Baş DYP İdarəsinin qarşısında qəza: "Mercedes" 60 yaşlı kişini vurub öldürdü

Qəzalar 22 Oktyabr 2019 20:08 Oxunub 757
Baş DYP İdarəsinin qarşısında qəza: "Mercedes" 60 yaşlı kişini vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtı Binəqədi rayonu, Binəqədi şossesində baş verib. 1998-ci il təvəllüdlü Rüstəmov Allahverdi Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yolda hərəkətdə olarkən yolu keçən Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh