Məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı - Ağdamda

Gündəm 22 Oktyabr 2019 20:16 Oxunub 561
Məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı - Ağdamda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb. Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh