Türkiyənin Nəqliyyat naziri: "BTQ regionda sülhü və stabilliyi gücləndirəcək"

Gündəm 22 Oktyabr 2019 20:34 Oxunub 579
Türkiyənin Nəqliyyat naziri: "BTQ regionda sülhü və stabilliyi gücləndirəcək"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu layihə bölgədə turizmin inkişafına və mədəniyyətlərin inteqrasiyasına töhfə verəcək

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi ilə gələcəkdə sərnişin daşımaların həyata keçirilməsi regionda iqtisadi əlaqələri fərqli səviyyəyə qaldıracaq. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Tbilisi İpək Yolu Forumu çərçivəsində Gürcüstanda səfərdə olan Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, bu layihə bölgədə turizmin inkişafına və mədəniyyətlərin inteqrasiyasına töhfə verəcək və beləcə regionda sülhü və stabilliyi gücləndirəcək, xalqların rifahını yaxşılaşdıracaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh