Avtosfer.az | Reklam
Nişanın olmaması sürücülərə təhlükə yaradır: BNA-nın diqqətinə - VİDEO
Oxucu məktubları 28 Oktyabr 2019 12:12 996 dəfə oxunub
Nişanın olmaması sürücülərə təhlükə yaradır: BNA-nın diqqətinə - VİDEO
Nişanlar qəza zamanı yararsız hala düşüb

Bakının Heydər Əliyev prospektində nişanların olmaması sürücülərə təhlükə yaradır. Bu barədə oxuculardan biri Avtosfer.az-a məlumat verərək həmin ərazidən video görüntülər göndərib.

Qeyd etdiyimiz prospektin şəhər istiqaməti girişindən üzü Koroğlu metrostansiyasına gedən hissəsində (geriyə dönmə yerində) və əks tərəfdə Gülarə Qədirbəyova küçəsi ilə kəsişməsində yol nəqliyyat hadisəsi zamanı ayırıcı zolağa qoyulmuş 4.2.3 (maneəni sağdan və ya soldan keçmə) nişanları yararsız hala düşüb. Bu səbəbdən yararsız hala düşmüş nişanlar yoldan götürülüb, lakin yerinə yenisi quraşdırılmayıb. Sürücülər nişanların olmamasına görə təhlükəli vəziyyətlə üzləşirlər. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldırmaq üçün lazım olan nişanları həmin əraziyə quraşdıracaq.

 

Təbriz

VIDEO
QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh