Ən uzun şüşə yol - FOTO

Maraqlı 28 Aprel 2015 15:41 Oxunub 1750
Ən uzun şüşə yol  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nal formasındakı yol eyni vaxtda 200 nəfərin ağırlığına hesablanıb

Çindəki Çunsin vilayətində dünyanın ən uzun və ən qorxulu şüşə yolunun inşası başa çatıb. Uçurum kənarında, 716.28 m yüksəklikdəki bu yol at nalı formasındadır.

Avtosfer.az xəbər verir ki, qayanın zirvəsindəki "Yuanduan" otelinin kənarındakı bu nalvari yolun Çin dilində tərcüməsi "buludların arasında"dır. Nal formasındakı yol eyni vaxtda 200 nəfərin ağırlığına hesablanıb. "Yuanduan" Çinin cənub-qərbindəki Lunqan Milli Geologiya Parkının ərazisindədir. Körpüdə duraraq aşağı baxmaq istəyən turist 60 yuan və ya 9,6 dollar ödəməlidir. İnşasına 2014-cü ilin martında başlanmış yolun tikintisi 5,6 milyon dollara başa gəlib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh