Xocəsən-Lökbatan avtomobil yolu əsaslı şəkildə təmir edilib - FOTO

Yeniliklər 24 Oktyabr 2019 10:57 Oxunub 1305
Xocəsən-Lökbatan avtomobil yolu əsaslı şəkildə təmir edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ümumilikdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb

Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik Xocəsən–Lökbatan avtomobil yolunun 0–11-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan işlər yekunlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, Xocəsən-Lökbatan avtomobil yolu I texniki dərəcəli olmaqla 4 hərəkət zolaqlıdır. Yolun hərəkət hissəsini eni 16 metr təşkil edir.

Başlanğıcını respublikanın iki mühüm avtomobil yolu sayılan Bakı-Quba-Rusiya Federasiya ilə dövlət sərhədi avtomobil yolu ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kəsişdiyi ərazidən götürən Xocəsən-Lökbatan avtomobil yolu Binəqədi və Qaradağ rayonları ərazisindən keçir və paytaxtın mühüm nəqliyyat arteriyası hesab olunur.

Ümumilikdə təmir-tikinti işləri çərçivəsində yol boyu 180 min kv.m-dən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılıb.

Altmış dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən–Lökbatan avtomobil yolu boyunca vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib, mövcud səkilər isə bərpa olunaraq asfaltlanıb və kənarlarına 3 min paqon-metr yeni səki daşı düzülüb.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh