Avtosfer.az | Reklam
Piyada keçidində düzgün quraşdırılmayan nişan - FOTO
Oxucu məktubları 24 Oktyabr 2019 11:20 232 dəfə oxunub
Piyada keçidində düzgün quraşdırılmayan nişan - FOTO
Nişan keçiddən əvvəldə quraşdırılıb

Astara rayonunda yola düzgün qoyulmamış nişanın fotosunu sürücülərdən biri sosial şəbəkədə paylaşıb. Avtosfer.az xəbər verir ki, Astara rayonu Heydər Əliyev prospektində nizamlanmayan piyada keçidini bildirən nişan piyada zolağından bir neçə metr əvvəldə quraşdırılıb. Qoyulmuş 5.16.1 nişanı yolun sol tərəfində quraşdırılmalı idi. Çünki nizamlanmayan piyada keçidini işarələmək üçün iki nişan var. 5.16.1 nişanı yolun sol tərəfində, 5.16.2 nişanı isə yolun sağ tərəfində piyada zolağının düz qarşısında quraşdırılmalıdır. 

 

Təbriz

ŞƏRH YAZ
Ad
E-mail
Şərh