Həbsxanaya həşiş keçirən pişik saxlanıldı - FOTO + VİDEO

Maraqlı 25 Oktyabr 2019 06:08 Oxunub 1641
Həbsxanaya həşiş keçirən pişik saxlanıldı - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdaşlar pişiyi və bağlamanı polis bölməsinə təhvil veriblər

Tatarıstanda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirən pişik saxlanılıb. Avtosfer.az xəbər verir ki, baş verən anın görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, müəssisənin ərazisində bir pişiyin qaçaraq məhkumların olduğu istiqamətə doğru getdiyi görülür. Pişiyin qaçdığını görən nəzarətçilər onun arxasınca qaçırlar. Nəhayət bir müddətdən sonra pişiyi yaxalamağa müvəffəq olurlar.

Bildirilir ki, bu zaman əməkdaşlar pişiyin boynuna bağlanmış həşiş bağlamasını aşkarlayıblar.

Onlar pişiyi və bağlamanı polis bölməsinə təhvil veriblər.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh