Turistlərin olduğu avtobus traktorla toqquşdu: 12 nəfər xəsarət alıb - FOTO

Avtosfer Foto 24 Oktyabr 2019 18:26 Oxunub 1819
Turistlərin olduğu avtobus traktorla toqquşdu: 12 nəfər xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Türkiyənin Dənizli vilayətində turistlərin olduğu avtobusun və traktorun iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident Acıpayam rayonunun girişində qeydə alınıb.

Məlumata görə, Antalyadan götürdüyü turist heyətini Dənzliyə aparan Mahmud Bozqurdun idarəetməsində olan 07 AFC 656 qeydiyyat nömrə nişanlı avtobus, rayonun girişində Rəcəb Ormanın idarə etdiyi traktorla toqquşub.

Zərbənin şiddətindən sürüklənən avtobus idarəetmədən çıxaraq yol kənarına düşüb, traktor isə hissələrə ayrılıb.

Nəticədə 10-nu xarici turist olmaqla 12 nəfər xəsarət alıb.

Yaralılar hadisə yerinə çağırılan ambulanslarla xəstəxanaya çatdırılıblar.

Turistlərin Ukrayna vətəndaşları olduğu bildirilir.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh