Sumqayıtda daha bir yenilik - Kartinq

Yarışma 25 Oktyabr 2019 10:12 Oxunub 1640
Sumqayıtda daha bir yenilik - Kartinq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meydança yaxın vaxtlarda istifadəyə veriləcək

Gənclər şəhərində daha bir yenilik gerçəkləşəcək. Sumqayıtda ilk dəfə kartinq istifadəyə veriləcək. Yeni bulvar ərazisində nəzərdə tutulan yerdə artıq betonlama işlərinə start verilib. Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən açıqlamaya görə, bu əyləncəli idman növü üçün planlaşdırılan meydança yaxın vaxtlarda istifadəyə veriləcək.
Qeyd edək ki, Sumqayıt şəhəri bu il 70 illik yubileyini qeyd edir. Gələn ay şəhərdə bir sıra mədəni-ictimai obyektlər istifadəyə veriləcək. Belə ki, ilin əvvəlindən tikintisi başlayan Muğam mərkəzi və "Nizami” kinoteatrında artıq tamamlanma işləri aparılır. Sözügedən obyektlərin açılışı Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı nəzərdə tutulub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh