Xırdalanda parklanmaya niyə nəzarət yoxdur? - Şikayət - FOTO

Xəbərlər 25 Oktyabr 2019 11:20 Oxunub 1071
Xırdalanda parklanmaya niyə nəzarət yoxdur?  - Şikayət - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalara təhlükə yaranır, sürücülər isə tıxacda qalır

Xırdalan şəhərində parklanma qaydasını pozan sürücülər həm piyadalara mane olur, həm də yolda tıxac yaradır. Avtosfer.az xəbər verir ki, Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində yola çəpəki park olunan avtomobillərin qabaq hissəsi səkiyə çıxdığı üçün piyadalar məcbur olub yolun hərəkət hissəsi ilə gedirlər. Belə olan halda isə həm piyadalara, həm də sürücülərə təhlükə yaranır. Həmin ərazidə bir neçə məktəb olduğu üçün səhər və günorta saatlarında tıxac da yaranır. Redaksiyamıza şikayət edən sürücülərdən biri qeyd edib ki, bu barədə DİN-in 102 qaynar xəttinə də şikayət edib. Lakin qaynar xətdən bildirilib ki, həmin əraziyə BNA nəzarət edir.

Qeyd edək ki, BNA yalnız Bakının inzibati ərazisinə nəzarət edir. Abşeron rayonu Bakının inizbati ərazisinə aid olmadığı üçün bu ərazilərdə parklanma qaydasını pozan sürücülərə bir başa Abşeron rayon DYP şöbəsinin əməkdaşları nəzarət etməlidir.

Ümid edirik ki, DYP idarəsindən bu problemin həll olunması üçün reaksiya veriləcək və ərazi daima nəzarətdə saxlanılacaq.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh