Azərbaycanda uşağı ölümdən xilas edən polisi siz də tanıyın - VİDEO

Yol polisi 25 Oktyabr 2019 12:31 Oxunub 1253
Azərbaycanda uşağı ölümdən xilas edən polisi siz də tanıyın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı uşağı elektrik cərəyanından ayıran zaman yanıq xəsarəti alıb

Nizami rayonunda 9 yaşlı Zəhranın elektrik cərəyanı vurması barədə məlumat vermişdik. Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. 9 yaşlı uşağı ölümdən xilas edən polis əməkdaşı, Nizami Rayonu Polis İdarəsinin əməkdaşı, polis serjantı Zöhrab Nəzərov hadisə barədə danışıb. O, bildirib ki, onlar hadisə barədə məlumat aldıqdan sonra dərhal əraziyə yaxınlaşıb. Polis əməkdaşı uşağı elektrik cərəyanından ayıran zaman yanıq xəsarəti alıb. Amma o, uşağı bu vəziyyətdə gördükdə özünün təhlükədə olduğunu unudaraq təhlükəli əraziyə girib.

Qeyd edək ki, polis serjantının bu fədəkarlığı cəmiyyətdə böyük sevgi ilə qarşılanıb.

Ətraflı vidoenu təqdim edirik.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh