Xanım sürücülər bunu etməsin: çox TƏHLÜKƏLİDİR - VİDEO

Maraqlı 26 Oktyabr 2019 10:03 Oxunub 1680
Xanım sürücülər bunu etməsin: çox TƏHLÜKƏLİDİR - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mühərrik işlək vəziyyətdə kapotu açmaq və baxmaq...

Avtomobildə yaranan nasazlığı bir çox hallarda sürücülər əvvəlcə özləri aradan qaldırmaq istəyirlər. Yaxud maşına su tökmək kimi işləri özümüz edirik. Təbii ki, bu doğru bir addımdır. Amma mühərrik işlək vəziyyətdə kapotu açmaq və orada hansısa iş görmək olduqca təhlükəlidir. Xüsusilə xanımlar üçün. Sosial şəbəkələrdə yayılmış videoda bunun acı nəticələrindən bəhs edilir.

Xüsusi hazırlanmış manikenin başına parik taxılır. Maniken işlək mühərrikə tərəf əyilir və nəticədə mühərrikin kəməri manikenin parikinə ilişərək onu özünə çəkir. Bununla da hansı acı nəticənin baş verəcəyi göstərilir. Videoda həmçinin bu halı real olaraq yaşamış insanlar danışır. Onlardan bəzilərinin baş dərisi, bəzilərinin üzü xəsarət alıb. Odur ki, bu kimi hallarda xanımlar xüsusilə diqqətli olmalıdır. Videonu təqdim edirik:

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh