Avtosfer.az | Reklam
Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza - 16 yaşlı oğlan öldü
Avtoxəbər 26 Oktyabr 2019 11:10 481 dəfə oxunub
Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir qəza - 16 yaşlı oğlan öldü
İlkin Əliyev Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsidir

Bir neçə gün öncə Baş Nazirin müavini vəzifəsindən istefa vermiş Əli Həsənovun ailəsində ölümə səbəb olan daha bir yol qəzası baş verib.

Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də saat 13 radələrində Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində baş verib. 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı “Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşlarının ilkin rəyinə görə, qəzaya yüksək sürət səbəb olub. Avtomobili saatda təxminən 170-180 kilometr sürətlə idarə edən İlkin Əliyev idarəetməni itirib.

Qeyd edilir ki, İlkin Əliyev Baş Nazirin sabiq müavini Əli Həsənovun ögey nəvəsidir. Belə ki, İ. Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun ögey (xanımının birinci nikahından) oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

Emin Həsənov bu ilin fevralından Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsini icra edir. Buna qədər isə Binəqədi rayon Polis İdarəsinin rəis müavini olub.

Xatırladaq ki, 2017-ci ilin avqustunda Əli Həsənovun qızının oğlu Nail Allahverdiyevin törətdiyi qəza iki nəfərin ölümünə, daha ikisinin ağır yaralanmasına səbəb olmuşdu.  

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh