"Yolda zarafat, irəli düşmək üçün cəhdlər bağışlanmır" - Ərşad Hüseynov

Yazarlar 26 Oktyabr 2019 12:18 Oxunub 2025
"Yolda zarafat, irəli düşmək üçün cəhdlər bağışlanmır" - Ərşad Hüseynov
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 nəfər yerindəcə ölüb, 3 nəfər ağır yaralanıb

"Dünən baş verən bu qəzanın tam təfərrüatlarını bilməsəm də, bunun son vaxtlar ölkəmizin bəzi yollarında müşahidə etdiyim çox təlükəli bir yanaşmanın nəticəsi olacağını güman edirəm. Ortadan maneə ilə ayrılmış ikitərəfli yollarda, o cümlədən bu hadisənin baş verdiyi Bakı-Şamaxı yolunda əks tərəfə keçmək istənilən yerdə mümkün deyil." 

Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad hüseynov yazıb. Onun sözlərinə görə, belə yollarda əks tərəfə keçmək üçün növbəti geriyədönmə yerinə qədər gedərək dönüb qayıtmalısan. "Bəzi sürücülər, xüsusən də yaxın yaşayış məntəqələrində yaşayanlar yolun digər tərəfinə keçmək üçün geriyədönmə yerlərinə qədər getmək əvəzinə əks istiqamətdə hərəkət edirlər. Bu vasitə ilə "qabağa düşmək" istəyirlər. Belə hərəkətin nəticəsi isə istənilən halda belə ola bilər. Dünənki hadisədə iki VAZ üz-üzə toqquşub (şəkillərdən aydın görünür). 2 nəfər yerindəcə ölüb, 3 nəfər ağır yaralanıb.
Yol hərəkəti qaydaları ilə zarafat etməyin. Yolda zarafatlar, irəli düşmək üçün sadəlövh cəhdlər bağışlanmır."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh