Hüquqi şəxslər sürücü barədə məlumatı vaxtında verməlidir

Xəbərlər 28 May 2014 01:51 Oxunub 2261
Hüquqi şəxslər sürücü barədə məlumatı vaxtında verməlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks halda inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunacaq

Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavələr və dəyişikliklə bağlı imzaladığı fərmandı inzibati xəta hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədildikdə inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasıda əksini tapıb. Sənəddə göstərilir ki, Bu Məcəllənin 429-3.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə sorğu göndərilir.

Hüquqi şəxs sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edir. İnzibati xəta haqqında protokol həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin protokol barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

Bu Məcəllənin 429-4.1-ci maddəsində nəzərdə tutulmuş sorğuya cavab verməyən hüquqi şəxs bu Məcəllənin 158-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə məsuliyyətə cəlb olunur. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması onu müvafiq məlumatı təqdim etmək vəzifəsindən, habelə fiziki şəxsi törətdiyi əmələ görə məsuliyyətdən azad etmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh