Avtosfer.az | Reklam
İki bacı dəhşətli qəzaya düşdü: biri öldü, digərinin isə vəziyyəti ağırdır - FOTO
Avtosfer Foto 26 Oktyabr 2019 12:46 1119 dəfə oxunub
İki bacı dəhşətli qəzaya düşdü: biri öldü, digərinin isə vəziyyəti ağırdır - FOTO
Polis hadisə ilə bağlı araşdırmalar aparır

Türkiyənin Sakarya vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Adapazarı şəhərində qeydə alınıb. Məlumata görə, Büşra Gülaçtının (23) idarə etdiyi minik avtomobili Səbahaddin Zaim bulvarında idarəetmədən çıxaraq yol kənarında olan işıq dirəyinə çırpılıb. Zərbənin şiddətindən dirək avtomobilin üzərinə aşıb.

Nəticədə nəqliyyat vasitəsində sıxışaraq qalan sürücü ilə bacısı Əsra Gülaçtı (16), uzun sürən əməliyyatdan sonra sıxışdıqları yerdən çıxarılaraq xəstəxanaya çatdırılıblar.

Ağır yaralı bacılardan Əsra Gülaçtı, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müalicəsi davam etdirilən Büşra Gülaçtının vəziyyətinin ağır olaraq qaldığı bildirilib.

Polis hadisə ilə bağlı araşdırmalar aparır.

 

Namiq Musayev

 

Dünyasını dəyişən Əsra Gülaçtı (16)

 

Ağır yaralı Büşra Gülaçtı (23)

ŞƏRH YAZ
Ad
E-mail
Şərh