74 tonluq “BelAZ” 1.1 milyon dollara satışa çıxarıldı - FOTO

Avtoxəbər 27 Oktyabr 2019 08:34 Oxunub 3150
74 tonluq “BelAZ” 1.1 milyon dollara satışa çıxarıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Meqa-yük maşınının mühərriki 1000 at gücündədir

“World of Tanks” motivləri əsasında keçirilən festivalda iştirak edən 74 tonluq “BelAZ” sosial şəbəkədə satışa çıxarılıb. Avtosfer.az xəbər verir ki, maşın 1.1 milyon dollara təklif olunur.

“BelAZ”ın xüsusiyyətlərində, meqa-yük maşınının mühərriki 1000 at gücündə olduğu və sürətinin saatda 60 km/saata çatdığı qeyd edilib.

Həmçinin maşının ölçüləri də məlumdur: hündürlüyü – 5.34, eni isə - 6.4 metrdir.  Nəhəng avtomobilin çəkisi 74 tondur, təxminən iki yarım T-34-85 tankı çəkisində, xüsusilə də  “World of Tanks” populyar oyununda olduğu kimi.

“Tankçılar” festivalı üçün maşını Belorus “TAKTAK crew” graffiti rəssamları tərəfindən  bəzədilib. Onun bəzədilməsinə 160 balon boya, 11 rulon malyar lenti, 30 poqon metr kağız və 100 kvadrat metrdən çox sellofan örtük sərf edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh