Avtosfer.az | Reklam
Araq çəkən erməni ər-arvad partlayış törətdi: cəsədləri qonşunun bağından tapıldı - FOTO
Avtosfer Foto 27 Oktyabr 2019 12:55 2320 dəfə oxunub
Araq çəkən erməni ər-arvad partlayış törətdi: cəsədləri qonşunun bağından tapıldı - FOTO
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb

Ermənistanın Araqatston əyalətində 2 nəfərin ölümü və 1 nəfərin də xəsarət alması ilə nəticələnən partlayış olub. Avtosfer.az xəbər verir ki, insident oktyabrın 27-də Antarut kəndində qeydə alınıb. Məlumata görə, ər-arvad evlərinin qarşısında park edilmiş 10 NN 110 qeydiyyat nömrə nişanlı “KİA” markalı avtomobilin çənindən rezin şlanqla, araq çəkmə qurğusunu alovlandırmaq üçün benzin damızdıran zaman partlayış baş verib. Partlayışın şiddəti onların hər ikisini hadisə yerindən bir neçə metr kənara atıb.

Nəticədə ər-arvadın iki hissəyə bölünmüş cəsədi qonşunun bağından tapılıb, kimliyi məlum olmayan daha 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh