Bakıda maşından oğurluq edənlər kameraya düşdü: tapanca, çanta... - VİDEO

Xəbərlər 28 Oktyabr 2019 12:38 Oxunub 2112
Bakıda maşından oğurluq edənlər kameraya düşdü:  tapanca, çanta... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kubinka"da oğurlanan əşyalar dərhal geri qaytarılıb

Bakıda avtomobildən oğurluq edən iki nəfər anbaan kameraya düşüb. Avtomobilin sahibi Fərid Süleymanov Avtosfer.az-a açıqlamasında bildirib ki, Əlimərdanbəy Topçubaşov küçəsində (Kubinka, Türk liseyinin yanında) avtomobilini park edib getdikdən sonra iki naməlum şəxs avtomobildən oyuncaq tapanca və çantanı oğurlayaraq evlərinə gedib. O, kamera görüntülərinə baxdıqdan sonra həmin şəxslərin üzünü yadda saxlayıb. Gecə saatlarında həmin küçəyə yaxınlaşan zaman oğurluq edən şəxsləri taparaq oğurlanan əşyaların geri qaytarılmasını tələb edib. Oğrular dərhal onun əşyalarını geri qaytarıb.

Sürücülərə tövsiyə edirik ki, avtomobili duracağa qoyarkən qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etsinlər. Yol Hərəkəti Haqqında Qanunun 52-ci maddəsinin V hissəsində qeyd olunub ki, "nəqliyyat vasitəsini duracağa qoyduqda sürücü mühərriki söndürməli, duracaq tormoz sistemini qoşmalı və qapıları kilidləməlidir". Görünür ki, oğurluq baş verən avtomobilin qapıları kilidlənmədiyi üçün qapıları rahatlıqla açıblar.

Avtomobilin sahibi F.Süleymanov bu barədə polisə məlumat vermədiyini bildirib. Sözü gedən görüntüləri sizə təqdim edirik!

 

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh