Mərkəzdə sola dönən sürücü yolu kəsdi 90 JG 852 - VİDEO

Avtoreyd 28 Oktyabr 2019 14:00 Oxunub 2884
Mərkəzdə sola dönən sürücü yolu kəsdi  90 JG 852 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sola dönmək üçün müvafiq kənar zolağı tutmaq lazımdır

Bakıda qayda pozan yük avtomobilinin sürücüsünün görüntüləri digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, oktyabrın 22-də paytaxtın İstiqlaliyyət küçəsində hərəkət edən 90-JG-852 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü, sola - Bünyad Sərdarov küçəsinə dönmək üçün yolu bağlayıb. O, sağ zolaqdan sola döndüyü üçün arxadan gələn sürücülərin yolunu kəsib.

"Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsində qeyd olunub ki, sola və ya sağa dönən sürücü hərəkət etdiyi yolda müvafiq kənar zolağı seçməlidir. Qanunda göstərildiyi kimi hərəkət etdikdə həm manevr təhlükəsiz olur, həm də qonşu zolaqlardakı sürücülər tıxaca düşmür.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh