Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq - Sabahdan

Gündəm 28 Oktyabr 2019 19:47 Oxunub 964
Sabunçu stansiyasınadək hərəkəti bərpa olunacaq - Sabahdan
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunur. Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Qeyd edək ki, avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh